Türkiyənin "Ümraniyespor" komandası Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.
Sportnet.az xəbər verir ki, I Liqa təmsilçisinin etdiyi paylaşımda 28 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğu bildirilib.
Qeyd olunub ki, təcrübəli oyunçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, Coşqun Diniyevin son klubu "Səbail" olub.