Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin Sərgən Yalçınla bağlı xəbərləri şərh edib.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, adı “Neftçi” və “Fənərbaxça” ilə hallanan 50 yaşlı mütəxəssislə bağlı danışarkən deyib:
“Sərgən Yalçın “Fənərbaxça” ilə heç görüşməyib. Onun Azərbaycan komandasına keçəcəyini isə zənn etmirəm”.
Qeyd edək ki, Sinan Engin Türkiyə futbol dairələrində məlumatlı şəxslərdən hesab olunur.
Xatırladaq ki, S.Yalçın bugünlərdə Bakıda olub. O, "Neftçi"nin Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb.