21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dmitri Nağıyev yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək.
Sportnet.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi “Obolon”la anlaşıb.
Nağıyev yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Oyunçu “Obolon”da 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ukraynanın “Dnepr” klubunun yetirməsi olan Dmitri Nağıyev 2021-2022-ci illərdə Azərbaycanda “Sumqayıt”ın formasını geyinib. Onun sonuncu komandası Ukraynanın birinci liqa təmsilçisi “İnqulets” olub.