Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb. “Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, “Fatih Karagümrük”lə Türkiyə Superliqasında mübarizə aparır.
Qeyd edək ki, "Zirə" Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparacaq “Qaziantep”lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil. Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.