AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.
Sportnet.az xəbər verir ki, türkiyəli funksioner Uelsdə TNS və Lüksemburq "Svift"i arasında keçiriləcək Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 3-də oynanılacaq.