Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Belçika oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, matçı Serbiya Futbol Federasiyasından Nenad Minakoviç idarə edəcək. Ona həmyerliləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.