FİFA "The Best" mükafatına namizəd baş məşqçilərin siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, siyahıda kişi komandalarını çalışdıran mütəxəssislərdən Xosep Qvardiola ("Mançester Siti", İngiltərə), Simone İnzaqi ("İnter", İtaliya), Luçano Spalletti ("Napoli", İtaliya), Ange Postekoqlu ("Tottenhem", İngiltərə) və Xavi Ernandes ("Barselona", İspaniya) yer alıb.
Qadın komandalarda işləyənlərdən isə Peter Gerhardsson (İsveç), Yonatan Giraldez ("Barselona", İspaniya), Toni Qustavsson (Avstraliya), Emma Heyz ("Çelsi", İngiltərə) və Sarina Viqman (İngiltərə) ən yaxşı adına iddia edir.