Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II turunun oyununa təyinatlar açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Maral Mirzai Beniyə Kamilla Stendal və Tilde Larsson laynsmanlar qismində kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Hanna Layanen yerinə yetirəcək.