Şotlandiyanın "Reyncers" klubu baş məşqçi Maykl Bili istefaya göndərib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
43 yaşlı məşqçi uğursuz nəticələrə görə istefaya göndərilib. "Reyncers" çempionatının 7-cı turunda doğma meydanda "Aberdin"ə 1:3 hesabı ilə məğlub olub. Komanda 7 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Maykl Bil 2022-ci ilin noyabr ayından "Reyncers"i çalışdırırdı.