
2022/2023 mövsümü bitdikdən sonra karyerasını başa vuran Zlatan İbrahimoviç iddialı açıqlama verib.
Sportnet.az xəbər verir ki. İngiltərə mətbuatına danışan 42 yaşlı veteran hücumçu özünü futbol tarixinin ən yaxşısı adlandırıb:
"Fərdi keyfiyyətlərdən söhbət gedirsə, tarixin ən yaxşısı mənəm. Zarafat etmirəm. Mən gəlmiş-getmiş ən universal oyunçuyam".
Qeyd edək ki, Zlatan İbrahimov peşəkar karyerası ərzində "Molde", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qaleksi" klublarında çıxış edib.