
PSJ-nin yarımmüdafiəçisi Li Kan İn Cənubi Koreya millisinin heyətində U-23 Asiya Oyunlarının qalibi olub.
Sportnet.az xəbər verir ki, buna görə o, hərbi xidmətdən azad ediləcək.
Oktyabrın 7-də Asiya Oyunlarının final mərhələsində Cənubi Koreyanın 23 yaşadək futbolçulardan ibarət yığma komandası Yaponiya millisinə 2:1 hesabı ilə qalib gələrək turnirin çempionu adını qazanıb. Cənubi Koreya qanunlarına görə, Li Kan da daxil olmaqla, ölkənin futbolçuları hərbi xidmətdən azad edilməlidir.
Xatırladaq ki, Cənubi Koreya qanunlarına əsasən, yaşı 28-dən aşağı olan hər bir kişi orduda xidmət etməlidir.
Qeyd edək ki, Li Kan bu mövsüm Fransa çempionatında 2 oyuna çıxıb.