
“Neftçi”nin üzvləri, Səttar Tahirzadə və Atacan Məmmədov ASTA (Azerbaijan Sport Talents Academy) ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marset” Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Marset” nümayəndələrinin 2008-2009-cu il təvəllüdlü futbolçu arasında keçirdiyi seçimlərdə uğurla iştirak edərək Barselonaya dəvət alıblar.
Sportnet.az xəbər verir ki, seçimlərdə iştirak etmiş 51 futbolçu arasından 15-i seçilmişdi ki, bunlardan 2-si “Neftçi”nin üzvləridir.