AFFA UEFA-nın dəstəyi ilə Qusar Olimpiya İdman Kompleksində məşqçi kursu keçirir.
Sportnet.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib. Qusar Olimpiya İdman Kompleksində keçirilən kursa Qusar rayonundakı məktəblərdə çalışan fiziki tərbiyə müəllimləri cəlb olunub. Kursun açılış nitqində çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb. 24 nəfər müəllimin qatılıdğı kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib. Qeyd edək ki, kurs 3 gün davam edəcək.