"Barselona"nın müdafiəçisi Serji Roberto cari mövsümün sonunda klubdan ayrılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kataloniya təmsilçisinin kapitanı 2024-cü ilin iyununda başa çatacaq müqaviləsinin yenilənməyəcəyi ilə razılaşıb.
"Barselona" komandada gəncləşdirmə siyasəti aparır. Ötən mövsüm Jerar Pike, Jordi Alba və Serxio Busketsin gedişindən sonra Serji Roberto komandadan ayrılacaq.
Joao Kanselonun mövsümün ilk aylarında göstərdiyi yaxşı oyun Robertoya yeni müqavilə təklif edilməməsinə səbəb olub. Portuqaliyalı futbolçu cari mövsümdə 8 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.
"Barselona"da keçirdiyi 10 mövsümdə Serji 25 titul qazanıb. İspaniyalı futbolçunun karyerası MLS klublarından birində və ya Səudiyyə Ərəbistanında davam etdirəcəyi bildirilib.