17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Serbiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki oyunlar üçün yekun heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, məşqçilər heyəti oktyabrın 18-dən 28-dək olacaq yarışda 20 futbolçunun xidmətindən yararlanacaq.
U-17-nin heyəti: Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Ayxan Əlizadə, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Emin Feyzullayev, Ümid Səlimov (hamısı “Sabah”), Əli Nəbizadə, Ömər Nəsibov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi “Sumqayıt”), Elton Babazadə, Hikmət Cəbrayılzadə, Amid Qasımov (hamısı “Qarabağ”), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).
21 oktyabr
19:00. Serbiya – Azərbaycan
Stara Pazova
Baş hakim: Joni Hyytia (Finlandiya)
24 oktyabr
14:00. Sloveniya – Azərbaycan
Stara Pazova
Baş hakim: Jovan Kachevski (Şimali Makedoniya)
27 oktyabr
16:00. Azərbaycan – Lüksemburq
Belqrad
Baş hakim: Joni Hyytia (Finlandiya)
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.