UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının “Puşkaş Akademiya” ilə səfər oyununun hakimləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Çempionlar yolunun I mərhələsinin Macarıstanda keçiriləcək qarşılaşmasını Norveçdən olan ədalət təmsilçiləri idarə edəcək. Oktyabrın 25-dəki matçın baş hakimi Mohammad Usman Aslam olacaq. Ona həmyerliləri Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve kömək edəcəklər. Dördüncü hakim funksiyasını macarıstanlı Marton Ruş yerinə yetirəcək.
Xatırladaq ki, matç “Puşkaş Akademiya Panço Arena”da baş tutacaq.