
“Leyptsiq” yarımmüdafiəçisi Kevin Kamplla yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna kimi uzadılıb.
Kampl 2017-ci ilin avqustunda “Bayer”dən “Leyptsiq”ə transfer olunub. O, Almaniya təmsilçisinin heyətində indiyə kimi 220 oyuna çıxıb, 9 qol vurub, 22 məhsuldar ötürmə verib.