İngiltərə Futbol Assosiasiyası təqvim islahatı çərçivəsində ölkə kubokunun (FA Cup) formatının dəyişdirilməsi imkanını nəzərdən keçirir.
Sportnet.az xəbər verir ki, UEFA avrokubokları genişləndirmək qərarına gəldikdən sonra İngiltərədə keçirilən turnirlərin təqvim islahatına ehtiyac yaranıb.
Assosiasiya III və IV turların oyunlarında heç-heçə qeydə alınacağı təqdirdə, cavab matçlarını ləğv etmək niyyətindədir.
Yarımfinalda da cütün taleyinin bir matçla həll olunacağı gözlənilir.
Mümkün dəyişikliklər yalnız 2025/2026 mövsümündə tətbiq edilə bilər. Çünki yayım hüquqları ilə bağlı artıq bir çox müqavilələr bağlanılıb.