"Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Superliqa təmsilçisi Hakan Keleşə tapşırılıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, "Konyaspor" bir neçə gün öncə Aleksandar Stanoyeviçi istefaya göndərib. Hakan Keleş isə son olaraq "Giresunspor"u çalışdırıb.