Türkiyə Superliqasında 11-ci turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" səfərdə autsayder "Samsunspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Samsunspor - "Hatayspor" - 2:1
Qollar: Ze, 36 (0:1), Kara, 77-pen. (1:1) Şindler 90+9 (2:1)
Start heyətdə oyuna çıxan Renat Dadaşov 88-ci dəqiqədə əvəzlənib.
"Hatayspor" 14 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Samsunspor" isə bu qələbə ilə 5 xalla sonuncu-20-ci pillədən 19-cu pilləyə yüksəlib. Turnir cədvəlinə 31 xalla "Qalatasaray" başçılıq edir.