“Milan”ın baş direktoru Corcio Furlani klubun sabiq hücumçusu Zlatan İbrahimoviçlə danışıqları haqda danışıb.
Sportnet.az xəbər verir ki, o, isveçli keçmiş futbolçunun yenidən kluba qayıtmaq şansının olduğunu bildirib:
“Zlatan İbrahimoviçin yenidən klubumuza – rəhbərliyə qayıtmaq şansı var. Biz bununla fəxr edərdik. Növbəti addımları müzakirə etmək üçün onunla danışıqlar aparırıq”.
42 yaşlı sabiq hücumçu 2010-2012 və 2020-2023-cü illərdə “Milan”da çıxış edib. Klubda keçirdiyi beş mövsüm ərzində o, 163 oyun keçirib, 93 qol vurub və 35 məhsuldar ötürmə edib. İbrahimoviç “Milan”la iki dəfə İtaliya çempionluğunu (2010/2011, 2021/2022), həmçinin İtaliya Superkubokunu (2011/2012) qazanıb. Keçmiş futbolçu 2023-cü ilin iyununda 41 yaşında peşəkar karyerasını bitirdiyini elan edib.