“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” ikinci mərhələnin ilk matçına çıxıb
Komanda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüşdə meydan sahibləri 0:3 hesabı ilə uduzub.
Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” birinci mərhələdə “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb (1:1, 1:0). "Qəbələ" "Olimpiakos"u keçsə, pley-offa yüksələcək..
Bu komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə keçiriləcək.
8 noyabr
UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələ
İlk oyun,
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) - 0:3
Qollar: Mouzakitis, 4-pen. (0:1), Kostulas, 64 (0:2), Darviras, 87 (0:3)
Baş hakim: Qoqa Kikaçeişvili
Qəbələ şəhər stadionu