
"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçusu Arda Gülerlə bağlı növbəti açıqlama verib.
Sportnet.az xəbər verir ki, o, Türkiyə millisinin üzvünü Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda dünən keçirilən "Braqa"ya qarşı matçda (3:0) oynatmaması ilə bağlı deyib: "Arda ilə yaxından maraqlanırıq. İki önəmli zədədən sağaldı. Təxminən 1 həfədir komanda ilə məşqlərdə çalışır. Arda 100 faiz hazır olanda meydana çıxacaq".
Xatırladaq ki, Güler bu il yay transfer pəncərəsində "Fənərbaxça"dan Madrid təmsilçisinə keçib. Ancaq o zədə səbəbindən "Real"da hələ də debüt edə bilməyib.