Belçika yığmasının futbolçusu Şarl De Ketelare AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxa bilər.
Sportnet.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin məşq zamanı zədələnməsidir.
İtaliya klubu “Atalanta”nın üzvü dizindən xəsarət alıb. Bu üzdən o, komandasının qarşıdakı matçlarında iştirak edə bilməyəcək. 22 yaşlı oyunçu millilərin iştirakı ilə baş tutacaq oyunlar zamanı bərpa dövrü keçəcək. Onun Belçika yığmasına çağırılmaq şansı da azdır.
Qeyd edək ki, noyabrın 15-də Serbiya ilə yoldaşlıq görüşü keçirəcək Belçika bundan 4 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.