
Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tur start götürüb.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. "Araz-Naxçıvan" "Dalğa Arena"da "Kəpəz"i qəbul edib. Oyunda Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bununla da "Kəpəz"in 11 oyunluq qələbəsizlik seriyasına son qoyulub.
Komandalar arasında Gəncədə keçirilən ilk dövrənin oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlmişdi.
Turun digər oyunları noyabrın 11-i və 12-də keçiriləcək.
10 noyabr (cümə)
Misli Premyer Liqası, 13-cü tur
19:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:1
Qol: Adama Niane, 75 (0:1)
“Dalğa Arena”