"Sumqayıt"ın futbolçusu Tresor Mossi Brundi millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində Qambiya və Qabonla matçlar üçün yığmaya çağırılıb.
Qeyd edək ki, Burundi millisi isə noyabrın 16-da Qambiyanı, 19-da Qabonu qəbul edəcək.