“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Sportnet.az xəbər verir ki, 29 yaşlı futbolçu ölkə yığmasının heyətində dünya çempionatının seçmə mərhələsi oyunlarında iştirak etmək imkanı qazanıb.
Fələstin millisi noyabrın 16-da Livan, ayın 21-də isə Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq. Caber ölkəsinin əsas komandasının heyətində 4 oyun keçirib.
Qeyd edək ki, fələstinlilər ev oyunlarını BƏƏ-də keçirəcəklər.