Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde"nin futbolçusu Emil Breivik karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportnet.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin xidmətində "Qalatasaray" maraqlıdır. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Norveçli futbolçunun meneceri artıq İstanbuldadır. Agent ad çəkməsə də, bir klubla danışıq apardıqlarını təsdiqləyib.
Qeyd edək ki, Emil Breivik "Molde"nin yetirməsidir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 42 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.