
Türkiyə millisinin aparıcı futbolçuları Hakan Çalhanoğlu və Cengiz Ünder heyətdən kənarlaşdırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça"nın üzvü Cengiz Ünder məşqçilərin qərarı ilə yekun heyətdə yer almayıb. "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun isə səhhəti ilə əlaqədar belə qərar verilib.
Qeyd edək ki, Türkiyə millisi noyabrın 18-də Almaniya ilə səfərdə yoldaşlıq oyunu keçirəcək. Komanda noyabrın 21-də Avro-2024-ün seçmə mərhələsində Uelsi qəbul edəcək.