“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya klubunun yarımmüdafiəçisi Qavinin zədəsi haqda danışıb.
Sportnet.az xəbər verir ki, o, ispaniyalı futbolçunun oynamaq üçün tələsməməsi haqda məsləhət verib:
“Çox şanssız. İndi o, bir müddət oynamayacaq. Bu, çox məyusedicidir və bunda müsbət bir şey yoxdur. Amma tələsməməlidir. Mən onun yerində olmuşam və yaxşı başa düşürəm. Əminəm ki, o, indi təqvimə baxır, oyunlara və ya Avropa çempionatına necə getməyi düşünür. Amma mən Qaviyə məsləhət görərdim ki, sağlam olanda qayıtsın, çünki onun karyerasına 15 il qalıb”.