
AFFA İcraiyyə Komitəsinin üzvləri milli komandanın baş məşqçisi vəzifəsindən ayrılan Canni de Byazinin azərbaycanlı jurnalistlərlı bağlı səsləndiridiyi fikirləri müzakirə edib.
Sportnet.az xəbər verir ki, bu haqda jurnalistlərə AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib. O deyib ki, De Byazinin fikirləri qınanılıb. "Belə halların olması birmənalı olaraq pislənildi"- deyə S.Hacıyev bildirib.
Qeyd edək ki, Canni de Byazi Avro-2024-ün Belçika - Azərbaycan oyunundan sonra azərbaycanlı idman jurnalistlərini verdikləri tənqidi suallara görə "axmaq" adlandırıb.