
Bu gün “Sabah” premyer liqanın 14-cü turunda doğma meydanda “Qarabağ”a 1:2 uduzub.
Sportnet.az xəbər verir ki, mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Murad Musayev bunu deyib:
“Parlaq oyun gördük. “Qarabağ”a qarşı bu cür səhvlərlə oynamaq olmaz. Penaltini vura bilmədik, 2 açıq-aşkar epizodu qaçrıdıq. Buna baxmayaraq, oyundan sonra oyunçularımın əllərini sıxdım. Mən onlara heçnə deyə bilmərəm. Onlar əllərindən gələni etdi. Yaxşı oyun, pis nəticə”.