Premyer Liqanın 14-cü turu çərçivəsində "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edir.
Sportnet.az xəbər verir ki, bu oyun "ağ-qaralar"ın üzvü Rəhman Hacıyev üçün xususi məna kəsb edir.
Belə ki, "Araz-Naxçıvan"la qarşılaşma 30 yaşlı yarımmüdafiəçinin karyerasında 200-cü oyun kimi tarixə düşüb.
Bu münasibətlə matçdan əvvəl klubun prezidenti Fərrux Mahmudov səbəbkara üzərində "200" yazılmlş xüsusi hədiyyə təqdim edib, ona uğurlar arzulayıb.
"Bakı"nın yetirməsi kimi tanıman Hacıyev ayrı-ayrı vaxtlarda 8 il ağ-qara formanı geyinib.