“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok matçını keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Gənclər Liqasının oyununa çıxıb.
Famil Xəlilovun baş məşqçi olduğu kollektiv Çempionlar yolunun II mərhələsində “Olimpiakos”la qarşılaşıb. Qəbələdə 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” cavab qarşılaşmasını Yunanıstanda keçirib.
Hesabı Pirey təmsilçisi açıb. Meydan sahibləri ilk hissədə fərqləniblər. Fasilədən sonra daha üç qol vuran “Olimpiakos” 4:0 hesablı qələbə qazanıb. “Qəbələ” bu oyunla avrokubok mövsümünü başa vurub.
Xatırladaq ki, "qırmızı-qaralar" I mərhələdə Macarıstan çempionu “Puşkaş Akademiya”nı üstələyib – 1:1, 1:0.
UEFA Gənclər Liqası, II mərhələ
Cavab görüşü
29 noyabr
“Olimpiakos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 4:0
Qollar: Xristos Muzakitis, 15, 71 (p.), Xristos Qatopulos, 56, Atanasios Koutsoqulas, 90+4 (p.)
İlk oyun – 3:0
------------------------
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda 2-ci mərhələnin cavab matçında Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. "Qırmızı-qaralar" Qəbələdə keçirilən ilk matçda 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, “Qəbələ” 1-ci təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.