
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Leyptsiq” üzərində qələbəni (3:2) şərh edib.
Sportnet.az xəbər verir ki, o, eyni zamanda turnirin 1/8 finalına vəsiqə qazanmaqdan danışıb:
“Bu, Çempionlar Liqasıdır. “Leyptsiq” son 5-6 ildə həmişə pley-offa yüksəlib. Müdafiədə çoxlu səhv buraxdıq. Sakitləşməli, rahat oynamalı idik. Qrupda birinciyik və sonda komandamın çıxışından çox məmnunam”.
Beş turdan sonra “Mançester Siti” G qrupunda 15 xalla birinci yerdədir.