Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək. Bununla da pley-offun son 4 iştirakçısı da müəyyənləşəcək.
Qeyd edək ki, ÇL-də bundan əvvəl "Arsenal", PSV, “Mançester Siti”, “Bavariya”, “İnter”, “Real Sosyedad”, “Real”, “Leyptsiq”, “Atletiko", “Barselona”, “Borussiya" (Dortmundo), "Latsio", "Napoli", "Kopenhagen" pley-offa vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur
13 dekabr
E qrupu
00:00. “Atletiko” (İspaniya) – “Latsio” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) – “Feyenoord” (Niderland)
Xallar: "Atletiko" – 11, "Latsio" – 10, "Feyenoord" – 6, "Seltik" – 1.
F qrupu
00:00. “Nyukasl” (İngiltərə) – “Milan” (İtaliya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Xallar: "Borussiya" – 10, PSJ – 7, "Nyukasl" – 5, "Milan" – 5.
G qrupu
21:45. “Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə)
21:45. “Leyptsiq” (Almaniya) – “Yanq Boyz” (İsveçrə)
Xallar: "Mançester Siti" – 15, "Leyptsiq" – 9, "Yanq Boyz" – 4, "Srvena Zvezda" – 1.
H qrupu
00:00. “Portu” (Portuqaliya) – “Şaxtyor Donetsk” (Ukrayna)
00:00. “Antverpen” (Belçika) – “Barselona” (İspaniya)
Xallar: "Barselona" – 12, "Portu" – 9, "Şaxtyor" – 9, "Antverpen" – 0.