“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2023-cü il Klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Sportnet.az xəbər verir ki, ispan futbolçu Klublararası dünya çempionatının “qızıl top”u adlanan mükafatı qazanıb.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə “Fluminense” üzərində 4 cavabsız qolla qələbə qazanıblar. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.