
“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi sağ dizindəki zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən əməliyyat edilib.
Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikaların birində olub və uğurlu alınıb. Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.