Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev formasını geyindiyi “Buriram” Tailand çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, onlar 16-cı tur çərçivəsində “Praçuap”ın qonağı olub.
Qarşılaşma Ramilin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şeydayevin adı ötən matçda olduğu kimi yenə iştirak ərizəsinə daxil edilməyib.
Bu qələbədən sonra “Buriram” xalını 27-yə yüksəldib və 4-cü pillədəki yerini qoruyub.
Qeyd edək ki, Şeydayevin klubu növbəti oyununu gələn il yanvarın 6-da “Banqkok Utd”yə qarşı keçirəcək.