“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.
Sportnet.az xəbər verir ki, “Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi hazırlıq keçiblər.
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov müalicəsini davam etdirir.
Komandanın daha 3 üzvü - Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində kollektivə qoşulacaqlar.