
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən Premyer Liqa klublarının iştirakı ilə daha bir oyun keçirilib.
Sportnet.az xəbər verir ki, qış fasiləsinə ilk iki pillədə yollanan “Qarabağ”la “Zirə” Bakıda üz-üzə gəlib.
Qarşılaşma "Azərsun Arena"da keçirilib. Komandalar arasında razılaşmaya əsasən matç 4 hissədən (45+25+45+15) ibarət olub. Ağdam klubu rəqibin müqavimətini ikinci hissədə qırıb. Leandro Andrade qol sevinci yaşayıb. Üçüncü hissədə Riçard Almeyda penaltidən dəqiq yararlanıb, ardınca Redon Cica fərqi üç topa çatdırıb - 3:0. Matçda son nöqtəni Nəriman Axundzadə qoyub.
Qeyd edək ki, “Qarabağ” bunadək “Qarabağ-2”yə 7:2, “Zirə” isə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
15 yanvar
15:00. “Qarabağ” – “Zirə” - 4:0
Qollar: Leandro Andrade, 64, Riçard Almeyda, 108 (p.), Redon Cica, 111, Nəriman Axundzadə, 120