
Bu gün AFFA-nın inzibatı binasında İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda I Divizionun XXVIII turunda baş vermiş qayda pozuntuları haqda aşağıdakı qərarlar qəbul edilib.
"Zirə” – "Neftçala” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində "Zirə”nin futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində "Zirə” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.
"Mil-Muğan” – "Rəvan” matçında "Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində "Rəvan” futbolçusu Tural Nərimanov və "Mil-Muğan”ın futbolçusu Samir Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanıb, klublar 20 manat cərimə olunub.
"Rəvan” futbolçusu Tural Nərimanov qırmızı vərəqə alaraq meydanı tərk edərkən rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 78-ci dəqiqəsində "Mil-Muğan” klubunun baş məşqçisi Xaliq Mustafayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.