"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Fransisko Çissumba ilə müqaviləsini uzadıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı sol cinah müdafiəçisi ilə yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Çissumba Portuqaliyanın U-19 millisində də oynayır.
Əlavə edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.