Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nın daha bir futbolçusu zədələnib.
Sportnet.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Artur Jorje mətbuat konfransında bildirib.
Müdafiəçi Adrian Marin sol dizindən xəsarət alıb. Onun 3-4 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Marin “Qarabağ”a qarşı fevralın 15-də və 22-də keçiriləcək qarşılaşmalarda oynamayacaq.
Xatırladaq ki, “Braqa”nın hücumameyilli yarımmüdafiəçisi Bruma da zədə səbəbindən "Qarabağ"la görüşləri buraxacaq.