
"Qarabağ" 14 Fevral - Sevgililər Günü ilə bağlı kampaniyaya start verir.
Sportnet.az xəbər verir ki, həmin gün klubun “Park Bulvar”dakı fan-şopunda bütün məhsullara endirim tətbiq olunacaq.
Bundan əlavə, alınan hər 2-ci formaya özəl olaraq 14% endirim nəzərdə tutulub.
Formaya ad-soyad yazdırmaq məhz həmin gün ödənişsiz həyata keçiriləcək.