Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib. Baş məşqçi Murad Musayev iki gün əvvəl istefa verdiyindən, bakılıları meydançaya idman direktoru İqor Ponomaryov və gənc məşqçi Rəşad Eyyubov çıxarıblar.
Matçda hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə yeni transfer Aleks Souza fərqlənib. Lakin 11 dəqiqə sonra “status-kvo” bərpa olunub. Kahim Parris bərabərlik qolunun müəllifi olub. Qalan dəqiqələrdə komandaların cəhdləri heç bir nəticə verməyib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Bu nəticədən sonra “Sabah” xal ehtiyatını 27-yə, “Turan Tovuz” isə 26-ya çatdırıb.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Səbail”ə (2:1) qalib gəlib. Digər matçlar fevralın 4-5-də keçiriləcək.
------------------------------
Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış oyununda "Səbail" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "ASCO Arena" baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hər üç qol penaltidən vurulub. Hesabı 13-cü dəqiqədə Ağdam təmsilçisinin heyətində Toral Bayramov açıb. Yassin Benzia 59-cu dəqiqədə ikinci topu rəqib qapısından keçirib. 66-cı dəqiqədə “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev rəqib futbolçuya qarşı kobudluqdan sonra qırmızı vərəqə ilə meydandan qovulub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən "dənizçilər"in yarımmüdafiəçisi Pedru Nunu fərqi minimuma endirib. Baş hakim Cavid Cəlilov 90+5-ci dəqiqədə dördüncü dəfə penalti nöqtəsini göstərsə də, Toral Bayramov fürsəti boşa verib. Onun zərbəsi qeyri-dəqiq alınıb.
Bu nəticələrdən sonra xallarını 50-yə yüksəldən "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmlədib. "Səbail" isə 27 xalla beşinci pillədə qərarlaşıb.
Günün son matçında “Sabah” “Turan Tovuz”u qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
Qeyd edək ki, turun digər oyunları fevralın 4-5-də keçiriləcək.
------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Qarabağ" "Səbail"in qonağı olacaq. Hazırda Ağdam təmsilçisi 47 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan "dənizçilər" beşincidir.
Günün son oyunu isə "Sabah" və "Turan Tovuz" komandaları arasında olacaq. 20 turdan sonra bakılılar 26 xalla 7-ci, tovuzlular isə 25 xalla 8-ci sırada yer alıb.
Azərbaycan Premyer Liqası
XXI tur
3 fevral (şənbə)
15:00. “Səbail” – “Qarabağ” - 1:2
Qollar: Pedro Nunu, 68 (penalti) - Toral Bayramov, 14 (penalti), Yassin Benzia, 59 (penalti)
Qırmızı vərəqə: Maksim Medvedev ("Qarabağ"), 66
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.
17:30. “Sabah” – “Turan Tovuz” - 1:1
Qollar: Kahin Parris, 22 - Aleks Souza, 11
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”.
Qeyd edək ki, turun "Sumqayıt" - "Neftçi" və "Qəbələ" - "Zirə" oyunları fevralın 4-də, "Kəpəz" - "Araz-Naxçıvan" matçı isə fevralın 5-də keçiriləcək.