Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, bağlanış oyununda “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “sarı-göylər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə nominal meydan sahiblərinin heyətində Ehtiram Şahverdiyev açıb. Qonaqların hücumçusu Orxan Əliyev 28-ci dəqiqədə tarazlığı bərpa edib. Matçın 34-cü dəqiqəsində E.Şahverdiyev komandasının və özünün ikinci qoluna imza atıb. Oyunda son nöqtəni isə 69-cu dəqiqədə “sarı-göylər”in forvardı Amil Yunanov qoyub.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran “Kəpəz” doqquzuncu pillədə qalıb. “Araz-Naxçıvan” isə 27 xalla altıncı yerdədir. Turnir cədvəlinə 50 xalla “Qarabağ” başçılıq edir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında lider “Qarabağ” “Səbail”i, “Sumqayıt” “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. “Sabah” - “Turan Tovuz”, “Qəbələ” – “Zirə” matçlarında isə heç-heçə qeydə alınıb – 1:1.
--------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, sonuncu oyunda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.
Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.
Azərbaycan Premyer Liqası
XXI tur
5 fevral
15:00. “Kəpəz”– “Araz-Naxçıvan” - 3:1
Qollar: Ehtiram Şahverdiyev, 19; 34. Amil Yunanov, 69 - Orxan Əliyev, 28
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, XXI turda "Qarabağ" "Səbail"i, "Sumqayıt" isə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib. "Sabah" - "Turan Tovuz" və "Qəbələ" - "Zirə" matçları 1:1 hesabı ilə yekunlaşıb.