“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis etdiyi videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları bu kampaniyaya qoşulmağa çağırıb.
O bildirib ki, qida rasionuna fikir verilməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.
Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.