"Milan"ın futbolçusu Rafael Leo İtaliya klubundan ayrıla bilər.
Sportnet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi portuqaliyalı ulduz oyunçunu satmağa hazırdır.
Klub rəhbərliyi 100 milyon avrodan çox olan təklifləri dəyərləndirə bilər. Futbolçunun təzminat məbləği 175 milyon avrodur. PSJ onunla yaxından maraqlanır.
Qeyd edək ki, Rafael Leo cari mövsüm bütün yarışlarda 28 matçda meydana çıxıb, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.