UEFA Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqələrin sahibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, pley-off mərhələsinin cavab görüşlərindən sonra növbəti mərhələsinin daha 8 iştirakçısının adına aydınlıq gəlib.
Azərbaycan təmsilçisi "Qarabağ"dan əlavə, İtaliyanın "Roma" və "Milan", Portuqaliyanın "Benfika" və "Sportinq", Fransanın "Marsel", Almaniyanın "Frayburq", Çexiyanın "Sparta" komandaları mərhələ adlayıb. Onların hamısı bu gün keçiriləcək püşkatma mərasimində səpələnməmişlər səbətində yer alacaqlar.
Əvəzində Fransanın "Lans", "Tuluza" və "Renn", Portuqaliyanın "Braqa", Niderlandın "Feyenoord", Ukraynanın "Şaxtyor", İsveçrənin "Yanq Boyz" və Türkiyənin "Qalatasaray" klubları turnirlə vidalaşıb.
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
22 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) – 2:3 (əsas vaxt - 0:2)
İlk oyun – 4:2.
21:45. “Frayburq” (Almaniya) – “Lans” (Fransa) – 3:2
İlk oyun – 0:0.
21:45. “Renn” (Fransa) – “Milan” (İtaliya) – 3:2
İlk oyun – 0:3.
21:45. “Tuluza” (Fransa) – “Benfika” (Portuqaliya) – 0:0
İlk oyun: 1:2.
23 fevral
00:00. “Sportinq” (Portuqaliya) – “Yanq Boyz” – 1:1
İlk oyun: 3:1
00:00 “Marsel” (Fransa) – “Şaxtyor” (Ukrayna) – 3:1
İlk oyun: 2:2.
00:00 “Sparta Praqa” (Çexiya) – “Qalatasaray” (Türkiyə) – 4:1
İlk oyun: 2:3.
00:00 “Roma” (İtaliya) – “Feyenoord” (Niderland) – 1:1 (pen. 4:2)
İlk oyun: 1:1.